Bizim regionun iqlim və torpaq şəraitini nəzərə alaraq daha məhsuldar toxum növlərini əldə edilməsi üçün araşdırmalar apardıq öyrəndik ki tərəvəz toxumları və bitki mühafizə vasitilərinin alınması üçün tender elan edilib“Gəncə Aqrobiznes Assosiasiyası” (GABA) Avropa Birliyinin Azərbaycan Nümayəndəliyinin qrantı çərçivəsində “Kənd təsərrüfatını inkişaf etdirməklə Goranboy rayonunda məskunlaşmış məcburi köçkünlərin gəlirlərinin artırılması” layihəsini həyata keçirir. GABA bu layihə çərçivəsində Goranboy rayonunda məcbiri köçkünləri məskunlaşdığı “Yeni Veyisli” qəsəbəsində tərəvəz toxumlarının və bitki mühafizə vasitələrinin layihə benefisiarlarına paylanılması nəzərdə tutulmuşdur. Qeyd edilən fəaliyyət üçün GABA tərəvəz toxumlarının və bitki mühafizə vasitələrinin alınması üçün tender elan edir:
- Tərəvəz və səbzə bitkilərinin toxumları:
Pomidor – 1 kq
Xiyar – 4 kq
Bibər – 2.5 kq
Badımcan – 2.5 kq
Səbzə bitkiləri – 200 kq
- Tərəvəz istehsalında istifadə edilən əsas bitki mühafizə vasitələri:
İnsektisid – 60 litr
Akarasid – 30 litr
Fungisid – 90 kq
Təqdim olunan tərəvəz bitki toxumları və bitki
mühafizə vasitələrinin keyfiyyətinə zəmanət verən sertifikatın olması vacibdir.
.
Hiç yorum yok:
Yorum Gönder