4 Haziran 2014 Çarşamba

araşdırmalarımız

1-ci qrup məhsuldar toxum növlərini araşdırarkən internet saytlarından aqronom  məsləhətllərindən istifadə edərək aşağıdakı məlumatları əldə etdilər  hər bir tərəvəzçi nəinki səpdiyi toxumun hansı sorta aid olduğunu həmçinin ona başqa sortun toxumlarının qarışıb-qarışmamasını da bilməlidir Səpilən sortun toxumunun faizlə tərkibi tərəvəz tərəvəz toxumunun sort təmizliyini səciyyələndirir Daha yüksək mütləq kütləsi olan tərəvəz toxumları iri və dolğundur çoxlu qida maddələri ehtiyatına və yaxşı inkişaf etmiş rüşeymə malikdir onlar mütləq kütləsi az olan toxumlara nisbətən
tez və yaxşı cücərir bunlardan əmələ gələn bitkilər isə daha sürətlə inkşaf edirlər Bunun üçün də daha iri dolgun və sağlam tərəvəz toxumları seçilməlidir.
Araşdırmalarımız nəticəsində aşağıdakı tərəvəz toxumlarını əldə etdik: şirin bibər- turbin F1  pomidor-sultanF1 Benito F1 Torçin F1 Taunvil F1 Polbiq F1 Turist F1 turşuluq xiyarlar--Amur Adam F1 Alianz mini xiyarlar-Bejo 2614 Alanqa turp- Poker rebel keşniş----Karibe gül kələm--Farqo qırmızı kələm---Primero F1 ağ kələmParel F1 Farao F1Fresko bronko ramada Hinova soğan Sibir Svift Rador Derbi Daytona F1 Manas F1 Robin kök Karson Samson qırmızı çuğundur-Pablo F1 Boro F1 Bikores.

3 Haziran 2014 Salı

dəyərləndirmə

Biz 3-cü sinif şagirdləri bu bloqu məktəbdaxili lahiyələrimiz üçün açdıq. Ümüd edirik ki bəyənəcəksiniz Dəyərli oxucular tezliklə sizlərdən fikir və təkliflərinizi gözləyirik  Hörmətlə 3-cü sinifi!

təkliflər

Bizim regionun iqlim və torpaq şəraitini nəzərə alaraq daha məhsuldar toxum növlərini əldə edilməsi üçün   araşdırmalar apardıq öyrəndik ki tərəvəz toxumları və bitki mühafizə vasitilərinin alınması üçün tender elan edilib“Gəncə Aqrobiznes Assosiasiyası” (GABA) Avropa Birliyinin Azərbaycan Nümayəndəliyinin qrantı çərçivəsində “Kənd təsərrüfatını inkişaf etdirməklə Goranboy rayonunda məskunlaşmış məcburi köçkünlərin gəlirlərinin artırılması” layihəsini həyata keçirir. GABA bu layihə çərçivəsində Goranboy rayonunda məcbiri köçkünləri məskunlaşdığı “Yeni Veyisli” qəsəbəsində tərəvəz toxumlarının və bitki mühafizə vasitələrinin layihə benefisiarlarına paylanılması nəzərdə tutulmuşdur. Qeyd edilən fəaliyyət üçün GABA tərəvəz toxumlarının və bitki mühafizə vasitələrinin alınması üçün tender elan edir:

- Tərəvəz və səbzə bitkilərinin toxumları:

Pomidor – 1 kq

Xiyar – 4 kq

Bibər – 2.5 kq

Badımcan – 2.5 kq

Səbzə bitkiləri – 200 kq

- Tərəvəz istehsalında istifadə edilən əsas bitki mühafizə vasitələri:

İnsektisid – 60 litr

Akarasid – 30 litr

Fungisid – 90 kq

Təqdim olunan tərəvəz bitki toxumları və bitki




mühafizə vasitələrinin keyfiyyətinə zəmanət verən sertifikatın olması vacibdir.
.